Aeroport yolunda avtomobilləri arxadan çəkən qurğu radardır? - RƏSMİ AÇIQLAMA

Aeroport yolunda avtomobilləri arxadan çəkən qurğu radardır? - RƏSMİ AÇIQLAMA
Video
Sosial 902

Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.

***09:42

"Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni radarlar quraşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Məlumata görə, yolun müxtəlif hissələrində quraşdırılan yeni radarlar əvvəlkilərdən fərqli olaraq avtomobilləri ön tərəfdən deyil, arxa hissədən qeydə alır.

Bu səbəbdən sürücülər radarları ilk baxışdan görmədikləri üçün ərazidə yüksək sürətlə hərəkət edə bilirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər