ADY-nin qatarlarına skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB

ADY-nin qatarlarına skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB
Sosial 210

Təhlükəsizlik baxımından ADY-nin qatarlarına yalnız mühərriksiz və bateriyasız çalışan vasitələr buraxılır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat katibi Sənubər Nəzərova bildirib.

O, həmçinin qeyd edib ki, qatarlarda velosiped aparılmasına da icazə verilir:

"Qatarlarımızda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz apara bilərsiniz".

Xatırladaq ki, ötən həftə BAKU.WS-in "qaynar xətti"nə ADY-nin qatarına skuterlə girə bilməyən gənc şikayətlə müraciət etmişdi.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər