ADY-dən əhaliyə VACİB MÜRACİƏT
Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.
Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.
"Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.
Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, okty...