ADU-nun professoru vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, professor bu gün 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gülnar Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1960-1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olub və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Gülnar Hüseynzadə Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil problemləri institutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
İlham Əliyev Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Prezident İlham Əliyev görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükaf...