ADU-da tələbələrin dövlət imtahanı ilə bağlı tələbləri qəbul edildi

ADU-da tələbələrin dövlət imtahanı ilə bağlı tələbləri qəbul edildi
Sosial 1341

 

Mayın 31-də Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.

BAKU.WS-in məlumatına görə, Elmi Şuranın iclasında 2016-2017-ci tədris ilində bakalavriat səviyyəsində yekun Dövlət Attestasiyanın, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili, 2016-2017-ci tədris ilin II yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı  və  cari məsələlər müzakirə edilib.

Müzakirə nəticəsində Azərbaycan Dillər Universitetində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab edilib.

BAKU.WS

Son xəbərlər