Adları ilə məşhurlaşan dördəmlərin anası: “Yeddi il sonra dünyaya gəliblər” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Dördəmlərin olacağını eşidəndə çox həyəcanlandım. İnşallah, onları cəmiyyətə faydalı vətəndaş kimi yetişdirəcəyik”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında dördəmlərin anası 29 yaşlı Aynur Məmmədli Ədliyyə Nazirliyi tərəfindən uşaqların təntənəli surətdə sənədlərinin təqdim edilməsi mərasimində deyib.
O bildirib ki, dördəmlər ilk övladlarından yeddi il sonra dünyaya gəlib:
“Yoldaşımın da, mənim də ailələrimizdə əkizlər var. Uşaqların nənəsi özü də əkiztayıdır. Uşaqlar Perinatal Mərkəzdə dünyaya gəliblər. Mehriban, Heydər, İlham və Ərdoğan adlarını uşaqlara qayınatam qoyub”.
Ana deyir ki, uşaqların sağlamlığı qaydasındadır:
“Qızımın çəkisi 1,2 kiloqram, iki oğlum 1,3 kq, biri isə 1,4 kq-dır. Həkimlər hər şeyin yaxşı olduğunu deyirlər”.
Qeyd edək ki, ailə əslən Zəngilandandır, Bakıda, Xətai rayonunda yaşayır.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehrib...