Abşeronda 800 abonent qazsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda qazdan qanunsuz istifadə halı aşkarlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
“Xırdalan şəhəri Yoncalıq ərazisi. Dəfələrlə qaz talamaqla məşğul olan Sənan adlı şəxs yenə də eyni əməli törətməkdən çəkinməyib. İyunun 10 da saat 22:00 radələrində həmin şəxs diametri 108 mm olan qaz xəttini bağlayaraq qaynaq vasitəsilə kəsib aparıb və qaz xəttinin yerini qeyri-qanuni dəyişməyə cəhd edib. Baş verənlər səbəbindən 800 abonentin qaz xəttinin dayandırılmasına zərurət yaranıb. Qanunsuz qoşulma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və yerli icra hakimiyyətinə məlumat verilib”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
“Azəriqaz”dan xəbərdarlıq - Ciddi tədbirlər görüləcək
“Azəriqaz” İstehsalat Birliyi mütəmadi olaraq qazdan qanunsuz istifadə halları ilə bağlı araşdırmalarını davam etdirir. Birlikdən BAKU.WS-ə verilən məlumata gör...