ABŞ-ın Missuri ştatı Çini məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Missuri ştatının baş prokuroru Erik Şmitt koronavirusla bağlı Çinə qarşı iddia irəli sürüldüyünü bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, iddiada bildirilir ki, COVID-19 ölümə, iqtisadi sarsıntılara və insan əzablarına səbəb olaraq Birləşmiş Ştatlara və dünya dövlətlərinə bərpa olunmayan zərər vurub.
Missuri ştatı Pekinin bu ziyanı kompensasiya etməsini, həmçinin epidemiyanın gizlədilməsinə görə Çinin rəsmi olaraq məsuliyyət daşımasını tələb edir.
Qeyd edək ki, ABŞ-da son bir gün ərzində 2 751 nəfər epidemiyanın qurbanı olub. Bununla da ölkədə epidemiyanın başlanğıcı anından ölənlərin sayı 45 minə çatıb. Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 820 min nəfəri ötüb.
ABŞ dünyada koronavirusa yoluxanların sayı, həm də COVID-19-dan ölümlərin statistikası üzrə liderdir.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artır
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 83 min nəfərə yaxın artıb ki, bu da əvvəlki gündən 6 min çoxdur. BAKU.WS xəbər verir ki, ümumilikdə koronavir...