ABŞ-da koronavirusa yoluxma hallarının sayı 20 milyonu ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarında COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların sayı 20 milyonu keçib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda yerli hakimiyyət orqanlarının statistikası əsasında araşdırmalar aparan Con Xopkins Universiteti məlumat yayıb.
Mütəxəssislər ölkədə virusa 20 007 149 yoluxma halını aşkarlayıb. Məlumata görə, Birləşmiş Ştatlarda virusdan ölüm hallarının sayı isə 346,4 mini ötüb. COVID-19-a ən çox yoluxma Kaliforniyada (2,30 milyon) qeydə alınıb. Bununla yanaşı, Texasda COVID-19-a 1,77 milyon, Floridada 1,32 milyon, Nyu-Yorkda 979 min və İllinoysda 963 min yoluxma qeydə alınıb.
Birləşmiş Ştatlar koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...