Abşeronda Yeni il tədbirinə sərf ediləcək məbləğ məlum oldu
20
noy
2025
19:15
Abşeron Rayon İcra Hakimiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun bəzədilməsi üçün tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalma xarici işıqlandırma qurğuları və dekor aksesuarları üzrə həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 97 min 351 manat təşkil edir. Bəzədilmə işləri müxtəlif işıqlandırma elementlərini və bayram dekorlarını əhatə edir.
Tenderin məqsədi rayonun əsas küçə və parklarında bayram ab-havası yaratmaq, həmçinin ətraf mühitin daha estetik görünüşünü təmin etməkdir.
Oxşar xəbərlər
Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ
Bakıda su təsərrüfatı infrastrukturunun yenilənməsi çərçivəsində 1 200 ədəd yeni lük qapağının alınması nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, İri Şəhərlə...