Novxanı sakinləri ŞİKAYƏTÇİDİR - İçməli su günlərdir yola axır
28
may
2026
18:20
Abşeronda içməli su günlərdir yola axır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Qeyd edilib ki, rayonun Novxanı bağlar massivində beşinci dalan, Qaçaq Nəbi küçəsində günlərdir içməli su yolboyu axıb gedir.
Nəticədə yolun asfalt örtüyü dağılır, eyni zamanda sakinlərin evlərinə və həyətlərinə su dolur.
Vəziyyətdən narazı olan sakinlər bu haldan bezdiklərini qeyd ediblər.
Şikayətçilər bununla bağlı tədbir görülməsini, yolboyu axan suyun mənbəyinin tapılaraq problemin qarşısının alınmasını istəyirlər.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq?
Balıq bazarında qiymət artımı müşahidə olunur. Satıcıların sözlərinə görə, əvvəlki aylarla müqayisədə həm çeşidlər azalıb, həm də bəzi balıq növləri bahalaşıb....