Abşeron rayonunun bəzi ərazilərində qaz kəsilib
12
iyn
2026
10:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.
Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...