ABŞ-də gizlənən bloqer Vaqif Allahverdiyevin məhkəməsi başladı
Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən və hazırda ABŞ-də yaşayan bloqer Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Məhkəmə prosesində müdafiə tərəfi bir sıra vəsatətlərinin olduğunu vurğulayıb və ətraflı çıxış üçün əlavə vaxt istəyib. Məhkəmə heyəti müdafiə tərəfinin xahişini nəzərə alaraq, növbəti iclasın keçirilməsini yanvarın 19-na təyin edib.
Qeyd edək ki, Vaqif Allahverdiyev barəsində əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bloqer istintaqdan yayınaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Həmin il sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək, V.Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilib.
O, ABŞ-nin Kaliforniya ştatında yaşadığı müddətdə şəxsiyyətini gizlədərək, adını və soyadını dəyişərək özünü Viktor Aleksandr kimi təqdim edib.
Allahverdiyev 2017-ci ilin mart-may ayları ərzində Azərbaycan vətəndaşlarına ünvanlanan 5 ayrı video müraciət hazırlayıb. Prokurorluğun ittiham aktında qeyd olunur ki, həmin videolarda Allahverdiyev ictimai əmin-amanlığın pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa və Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zorakı yollarla çıxmağı təşviq edən açıq çağırışlar səsləndirib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. BAKU.WS AZƏRTAC-a istinadən xəbər...