Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul davam edir

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul davam edir
Sosial 1447
 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası avqustun 19-dək bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına qəbulu davam etdirir.

Akademiyadan BAKU.WS-ə bildirilib ki, bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə bakalavr təhsil zamanı tələbələrə fiziologiya, biokimya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris ediləcək. Proqram çərçivəsində tələbələr nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktik tapşırıqlar da yerinə yetirəcəklər. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan insanları müayinə edib, müalicə planı hazırlayacaqlar.

Təhsilləri bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin tələbatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir.

Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün "Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir.

BAKU.WS

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. Təhs...

2066 Sosial 19:51 10 avqust 2017

Son xəbərlər