ABŞ vizası istəyənlərin nəzərinə- "Facebook"unuz yoxlanılacaq
ABŞ səfirlikləri viza üçün müraciət edən xarici ölkə vətəndaşlarından sosial şəbəkələrdəki səhifələrinin parolunu tələb edə bilər.
BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kelli deyib. O bildirib ki, bu üsul ölkəyə potensial təhdid törədən şəxslərin aşkarlanmasına kömək edəcək.
İlk növbədə bu qayda prezident Donald Trampın miqrasiya fərmanında qeyd olunan ölkələrin vətəndaşlarına tətbiq edilə bilər. "Bu ölkələrdən olan insanları hərtərəfli araşdırmaq çox çətindir. Əgər onlar gəlirsə, biz onların parolunu almalıyıq və bilməliyik ki, bu şəxslər hansı saytlara girir. Bununla da onların şəbəkədə nə ilə məşğul olduğunu görə biləcəyik”, - deyə nazir Senatdakı çıxışında söyləyib.
C. Kelli viza üçün müraciət edənlərin əməkdaşlıqdan boyun qaçıracağı halda, onlara viza verilməyəcəyini vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının ABŞ-a viza alması çətinləşdi - YENİ TƏLİMAT
ABŞ-ın yeni prezidenti Donald Trampın ölkəsinin miqrasiya siyasətini sərtləşdirən sərəncamından sonra bir sıra ölkələrin vətəndaşlarına viza verilməsinə qadağa...