AAYDA: Yağışın fəsadlarının aradan qaldırılması davam etdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurum öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Mobil briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...