AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib
Sosial 164

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə AAYDA feysbukda bildirib.

"Qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur", - qurumun paylaşımında diqqətə çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər