AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlayıb.
Bu barədə BAKU.WS-ə qurumdan bildirilib.
Məlumata görə, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.
"İnşaat Norma və Qaydaları"na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək. Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək.
Təmir-bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.
Oxşar xəbərlər
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə D...