VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb. Turizm komplesinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaqdır. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcəkdir.

BAKU.WS xəbər verir ki, sentybarın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev turizm kompleksinin fəaliyyəti və burada həyata keçiriləcək digər layihələrlə tanış olub, kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istiqamətlərində dəstək və xidmətlər göstərilib.

Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm kompleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub.

Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir. Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcəkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb. KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Hər iki sahibkarlıq subyekti qarşılıqlı əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində yeni çay brendinin yaradılmasından məmnundur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq.

Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatında olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istehsal prosesi, eləcə də fermer təsərrüfatında aqroturizm yönümlü digər layihələrlə tanış olublar, kiçik sahibkarlıq subyekti olan müəssisənin inkişaf ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, KOBİA tərəfindən Qəbələnin Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına və Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına müxtəlif istiqamətlərdə dövlət dəstəyi təmin edilib. Belə ki, KOBİA lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl Çay” fermer təsərrüfatı isə Agentliyin aqroturizmin inkişafı üçün kənd otelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstəyini davam etdirəcəkdir.

BAKU.WS
QALEREYA