"Azneft"də avtobus dayanacaqları ləğv olunur? - RƏSMİ CAVAB

11
avq
2020
17:40
Bakı Nəqliyyat Agentliyi (BNA) “Kukla Teatrı" və “Azneft” dairəsinin yaxınlığındakı avtobus dayanacaqlarının ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumdan BAKU.WS-ə bildirilib ki, qeyd olunan ərazilərdə BNA-ya məxsus olan dayanacaqlar sadəcə dəyişdirilir.
"Həmin ərazidə dayanacaqlar ləğv olunmayıb. Hazırda avtobuslar oradan dayanacaq kimi istifadə edir.
Sadəcə mövcud pavilyonlar dəyişdirilir, yeniləri quraşdırılır. Proses bir gün ərzində yekunlaşacaq", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...