"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

O deyib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.

Nazir qeyd edib ki, təkrar yoxlamalar aparılacaq və sonra ödənişlər eiləcək:

"Ola bilər ki, kimsə sahibkarlıq fəaliyyətinə başlayıb, əmək müqaviləsi imzalayıb. Bunlar hamısı araşdırılacaq".

Nazirin sözlərinə görə, 190 manatlıq yardım üzrə vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

BAKU.WS