190 manat birdəfəlik ödəmə veriləcək şəhər və rayonların sayı artırılıb

190 manat birdəfəlik ödəmə veriləcək şəhər və rayonların sayı artırılıb
Sosial 2412

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında etdiyi dəyişikliyə əsasən, daha 6 rayon və o cümlədən 3 şəhərdə koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

BAKU.WS-in məlumatına görə, bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən və Xaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib.

Dəyişikliyə əsasən, Yevlax rayonu isə siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.

Beləliklə, Nazirlər Kabinetini “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun 2020-ci il 216 saylı qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulurdu. Dəyişikliyə əsasən, 190 manat məbləğində bir dəfəlik ödəmə artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Yevlax (çıxıb), Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonlarına şamil ediləcək.

Oxşar xəbərlər

Baş nazirdən vacib qərar

Baş nazirdən vacib qərar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yar...

2 Sosial 13:55 23 iyun 2020

Son xəbərlər