SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar daha bir neçə yolda təmir işləri aparılacaq.
 
BAKU.WS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
 
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
BAKU.WS