Bu elektrik qatarlarının hərəkəti dayandırılır

29
iyn
2020
16:31
"Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarların hərəkətini müvəqqəti olaraq dayandırır.
QSC-dən BAKU.WS-ə verilən məlumata görə, nəticədə Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarının hərəkətləri müvəqqəti dayandırılır.
Oxşar xəbərlər
Karantin bitəndən sonra nə yeniliklər gözlənilir? - Sərnişinlərə MÜJDƏ
Bildiyiniz kimi, karantin rejimi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarları məhdud sayda fəaliyyət göstərir. Azərbaycan...