90 yaşında ilk dəfə Füzulidəki ata evini görən nənə

90 yaşında ilk dəfə Füzulidəki ata evini görən nənə
Video
Sosial 172

90 yaşlı Məhluqə Məcidova 32 ildən sonra doğma ata ocağına ayaq basan sakinlərdən biri olub.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, Məhluqə nənə 32 il ərzində öz yurduna qayıtmağı arzulayıb. Bu arzusu Füzulinin işğaldan azad edilməsinin beşinci ilində reallaşıb. Nənə yol boyu diqqətini bir an belə yoldan ayırmayıb, qabarlı əllərini sıxaraq tez çatmasını gözləyib.

Doğma evinə çatdıqda isə Məhluqə nənə dağıdılmış, talan edilmiş ata ocağını görüb. Evdə yalnız divarlar qalıb, hər daş isə onun xatirələrini əks etdirir. Nənə bildirib ki, uşaqlıq xatirələri, ailəsinin izləri hələ də bu daşlarda hiss olunur:

"Bəlkə də ata-anam hiss edir ki, qızları gəlir ata yurduna. İndi ölsəm də, dərdim olmaz. Çünki gəldim, atamın evini gördüm. Yenə də evimdir".

Məhluqə Məcidova ailə həyatı qurduqdan sonra Astara rayonuna gəlin köçüb. O, uzun illər boyunca Qarakollu kəndinə qayıtmaq arzusunda olub və bu arzusunu gerçəkləşdirə bilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər