88 nömrəli marşrutun gecikmə səbəbi araşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
88 nömrəli marşrutun gecikməsi araşdırlacaq.
BAKU.WS xəbər verir ki, bu sözləri Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayev 88 nömrəli marşrut xəttində olan gecikmələr haqda Axar.az-a danışarkən deyib. O, məsələni nəzarətə götürəcəklərini bildirib:
"Biz bütün avtobuslara CPS qoşmuşuq. Yəni özümüz avtobuslarda olan gecikmələri və bunun səbəblərini araşdıracağıq və gecikmənin səbəbini həmin şirkətin rəhbərliyindən öyrənib, problemin tez bir zamanda həllini istəyəcəyik”.
Qeyd edək ki, son 10 gündür 88 nömrəli marşrut avtobusları intervalı 2 dəqiqə olmasına baxmayaraq, 20-25 dəqiqə gecikmə ilə fəaliyyət göstərir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu marşrut fəaliyyətini dayandırdı
Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb. BAKU.WS-ə Bakı Nəq...