13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"Bakıda iki dələduz qadın peyda olub. Onlar restorana gedib yeyib-içirlər və pul ödəmədən gedirlər. Anoloji hadisə mənim dostumun restoranında baş verib". 
 
Bu barədə BAKU.WS-ə oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, bacı olduqları güman edilən qadınlar sifariş etdikləri yeməklərin baha olduğunu əsas gətirərək ödənişdən imtina ediblər. Polis çağırılsa da, qadınlar heç nə sifariş etmədiklərini deyərək özlərinə haqq qazandırmağa çalışıblar. Hətta qadınlar onlara şər atıldığını belə iddia ediblər. 

"Yağışlı, soyuq fevral axşamında iki qadın gəldi. Onlardan biri hamilə idi. Əslində onları zahiri görünüşünə görə heç restorana buraxmaq istəmirdilər, amma geyimə görə insana qiymət vermək düzgün deyil. Onlar restorana daxil olub sifariş verdilər. 3 porsiya dolma, 2 porsiya çoban salatı, 2 porsiya manqal salatı, aş, energetik içki və digər yeməklər sifariş edildi. Bir müddət sonra restoranın bağlanacağını müştərilərə bildirmək isyətən ofisiant qadınların masa başında yatdığının şahidi olub. Qadınları oyadaraq 95 manatlıq hesabı ödəməyi xahiş ediblər. Ancaq qadınlar hesabın çox olduğunu deyərək ödənişdən imtina edib. Qadınlara menyu və qiymətlər təqdim edilib, daha sonra onların sifarişləri müqayisə edilib. Qadınlara nə qədər imkanları var ödəniş etməyi təklif ediblər. Ancaq qadınlar ümumiyyətlə pullarının olmadığını bildirib. Bundan sonra restoran əməkdaşları patrul xidmətini çağırdılar. Hadisə yerinə gələn polislər hesabı ödəmək istəməyən qadınları aparıb", - deyə oxucumuz BAKU.WS-ə müraciətində bildirib.