Putindən “vor zakon”larla bağlı tapşırıq: hədəfdə azərbaycanlı mafiozlar da var
Moskvada "qanunsuz” elan edilən ticarət obyektlərinin söküntüsü Rusiya paytaxtını kriminal avtoritetlərdən təmizləmək barədə çox güman ki, şəxsən prezident Vladimir Putin tərəfindən verilmiş göstəriş əsasında aparılır.
Söhbət əsasən keçmiş sovet respublikalarından olan miqrantlara, o cümlədən azərbaycanlılara məxsus obyektlərdən gedir. Və bu obyektlərin söküntüsü Qərbdə də rezonans doğurub. Qərb mətbuatı yazır ki, qəfildən Moskvada başlayan bu kütləvi söküntü prezident Putinin az əvvəl xırda və orta sahibkarlığa dəstək barədə vədləri ilə ziddiyət təşkil edir.
Virtualaz.org xəbər verir ki, bu günlərdə Moskva meri Sergey Sobyanin sökülməsi qərarlaşdırılan irili-xırdalı 104 ticarət və iaşə obyektinin mülkiyyətçiləri arasında kriminal avtoritetlərin, yaxud onlara bağlı şəxslərin olduğunu deyib. Əslində bu obyeklərin hamısının sənədləri qaydasındadır, lakin mer deyir ki, onlar bu sənədləri qanunsuz yollarla əldə ediblər və "hansısa kağız-kuğuzun” arxasında gizlənib mülkiyyət hüququ haqda danışa bilməzlər.
Moskva meri Sergey Sobyanin
Lenta.ru isə araşdırıb ki, həmin obyektlərin arasında bandit votçinalarına və "oğru sxodka”larının keçirildiyi məkanlara çevrilmiş bir çox məşhur restoranlar da var. Məsələn, onlardan biri Konyuşkovsk küçəsindəki "Sim-Sim” restoranıdır. Bu obyekt 90-cı illərdə, Moskvanı qanqster müharibələrinin bürüdüyü bir vaxtda meydana çıxıb. Onun əsasını qoyan yunan-yəhudi mənşəli tanınmış idmançı Şevalye Nusuyevdir. Nusuyev "Tayvançik” ləqəbli məşğur kriminal avtoritet Alimjan Toxtaxunovun "kruquna” daxildir. Sonuncu dəfə bu obyektdə 2014-cü ilin sentyabrında "sxodka” keçirilib və polis restorana basqın edərək bir qrup "vor zakon”u həbs edib.
Əməliyyatçılar deyirlər ki, "Şakro Molodoy” ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşov da bu restorana tez-tez baş çəkir. Nusuyev 2005-ci ildə öldürülüb və restorana hazrda onun arvadının sahib olduğu deyilir.
Sökülən obyektlər arasında "Sim-Sim”in 100 metrliyində olan "Con Bull Pab”, "Molli Gvinnz” və "Şeş-Beş” restoranları da var. Bu restoranların sahibləri azərbaycanlılar, gürcülər və Orta Asiyadan olanlardır. Onların hamısının kriminal bioqrafiyaya malik olduğu bildirilir.
"Taqansk” metrosunun yaxınlığında isə "Zakarpatskie uzorı” restoranını söküblər. Bu restoran bir vaxtlar Taqansk cinayətkar qruplaşmasının liderlərindən biri olan "Quba” ləqəbl Viktor Koledova məxsus olub. Sonradan restoran azərbaycanlı kriminal qruplaşmaların nəzarətinə keçib. İndi restoranın sahibləri arasında Vəli Əliyev adlı azərbaycanlının da adı çəkilir. Məlumdur ki, o, Roqojsk Valda "Şarmanka” restoranına da nəzarət edir. 2013-cü ilin martında "Zakarpatskaya uzorı” restoranında saxta polkovnik vəsiqəsi gəzdirən azərbaycanlı dələduz və reket Adil Mahmudov güllələnmişdi.
Metronun "Sokol” stansiyasının yaxınlığında yerləşən çoxsaylı xırda ticarət köşklərinə də müxtəlif kriminal qruplaşmalar nəzarət edir. Ötən həftə onların əksəriyyətini söküblər. Həmin ərazidəki "Piramida” ticarət mərkəzini isə sahibi-Ramin Sultanlı adlı azərbaycanlı xəbərdarlıqdan sonra özü könüllü sökməyə başlayıb.
Xəbər verildiyi kimi Moskva polisinin rəisi, general Anatoli Yakunin polis bölmələrinin rəisləri ilə fevralın 10-a keçirdiyi müşavirədə paytaxtda bir nəfər də olsun "vor zakon”un qalmamasına dair əmr verib.Yakunin polis rəislərinə 2016-cı il ərzində paytaxt "vor zakon”larının iqtisadi bazasını dağıtmağı tapşırıb. "Bu biabırçılığa son qoymaq lazımdır”-general bildirib.
Yakunin deyib ki, Rusiya paytaxtında özünü "vor zakon” adlandıran şəxslər hələ də var. Ötən il 10 nəfər "vor zakon” məsuliyyətə cəlb olunub. "Lakin məlumat var ki, 15-ə yaxın bu cür şəxslər hələ də vaxtaşırı olaraq Moskvada peyda olur”-general bildirib.
"Bu adamlar özlərinin kriminal ideologiyasını yayır, onların nəzarəti altında mütəşəkkil cinayətkar qruplaşmalar var. Bu qruplaşmalar nəqliyyat vasitələrinin oğurlanmasında, narkobiznesdə, dələduzluqda və digər cinayət sferalarında fəaliyyət göstərir”- Moskva polisinin rəisi deyib.
BAKU.WS
Oxşar xəbərlər
Putin müharibənin başa çatdığını açıqladı (VİDEO)
Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Barak Obama Suriyada atəşin dayandırılmasını alqışlayıb. BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya pr...