SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

"Report"un xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan "Report"a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:
"Prima Deluxe" – 1,40 AZN
"ClassicKingSize" – 1,60 AZN
"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN
"WestCompact" – 2 AZN
"P&S" – 2 AZN
"Davidoff" – 3 AZN.
 
BAKU.WS