VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan prezidenti İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, "Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən dəyişiklik idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanın dəyişməsi ilə əlaqədardır.

Dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair səlahiyyət Gənclər və İdman Nazirliyindən alınıb. Bu sahədə dövlət nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək.
 
Qanuna edilən digər dəyişikliyə əsasən, idman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin Palata tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

BAKU.WS