Prezident bir sərəncamla Mərkəzi Bankın səlahiyyətlərini əlindən aldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
Mərkəzi Bank "dövlət orqanıdır” sözləri "publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilib. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.
Dəyişikliyə əsasən, AMB-nin "pul, valyuta və bank nəzarəti” "pul və valyuta siyasəti” sözləri ilə əvəz edilib. Yəni, Mərkəzi Bankın banklara nəzarət funksiyası əlindən alınıb.
Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir. Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər.Bu Qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev “Banklar haqqında” sərəncam verdi
İlham Əliyev "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib. BAKU.WS-in məlumatına görə, sərəncamda deyi...