85 mindən çox vətəndaşı SEVİNDİRƏCƏK XƏBƏR
Şamaxı Rayon İcra Hakimiyyəti şəhər ərazisində yolların əsaslı təmirini həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 517 min manat təşkil edir.
Təmir işləri zamanı mövcud yararsız yol örtüyü yenisi ilə əvəzlənəcək.
Layihə zamanı Şamaxıda yol infrastrukturu yaxşılaşdırılacaq, nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz olacaq. Eyni zamanda, yolun yenilənməsi sakinlərin gündəlik gediş-gəlişini asanlaşdıracaq və ərazidə ümumi yaşayış keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.
Qeyd edək ki, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1670 km², əhalisi 85,3 min nəfərdir.
Oxşar xəbərlər
IDEA İctimai Birliyi və "Reza Visual Academy" uşaqlar üçün "FotoBax" milli foto müsabiqəsinə start verirlər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və "Reza Visual Academy" assosiasiyasının təsisç...