SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Koronavirusun yayıldığı ilk vaxtlardan Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərə start verdi.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83573

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83584

Dünən axşamdan etibarən Bakı şəhərinin giriş yollarında paytaxtın mərkəzi istiqamətində nəqliyyat axınının xeyli artdığı müşahidə edilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/83590

Azərbaycanın məşhur idmançıları koronavirus əleyhinə videoçarxa çəkiliblər. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83589

“Ümumiyyətlə həmişə bizdə büdcə xərclərilə bağlı məsələ gündəmdə olub. Ölkə başçısı cənab İlham Əliyev mütəmadi olaraq Dövlət Büdcəsi məsələsinə çox ciddi toxunur”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/83603

Məlum olduğu kimi ölkəmizdə Hökumət tərəfindən koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/83609

Nərimanov Rayon Məhkəməsində Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/83610

"Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunacaq".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/83616

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/83617

İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83623

“Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83625

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83633

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83634

Ötən gün gecə saat 00.00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yük daşıyan avtomobilləri istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/83644

BAKU.WS