Azərbaycanda bu gündən birinci sinfə qeydiyyat dayandırılır

19
mar
2020
10:21
Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.
Bu barədə BAKU.WS-ə Təhsil Nazirliyindən məlumat verilib.
Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.
Oxşar xəbərlər
Bu gündən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır
Bu gündən etibarən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır. Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 13-ü saat 11:00-dən etib...
