SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. 

O bildirib ki, şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq:

"Region qeydiyyatında olan sərnişinlərdən xahiş edirik ki, avtovağzallara "qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyətli strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq.

22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək". 

BAKU.WS
VİDEO