Bakının bu küçəsində problem bitmir: Qışda palçıq, yayda ilan yuvası - VİDEO

Bakının Xətai rayonunda yerləşən Naximov küçəsi döngə 2 ünvanındakı palçıqlı yollar və cəngəlliyi xatırladan qamışlıq ərazi sakinlərin haqlı narazılığına səbəb olur.
BAKU.WS Baku.TV-yə istinadən xəbər verir ki, payız-qış aylarında bu palçıqlı yollar gediş-gəlişdə problemlər yaradır, yaz-yay aylarında isə ərazidəki qamışlıq ilanların yuvasına çevrilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə verilən məlumata görə, həmin ərazi diqqət mərkəzindədir.
Hava şəraitinə uyğun olaraq mart ayının ortalarından abadlıq işlərinə başlanılacaq.
Küçələrin palçıqlı olması bir yana, getdikcə havanın isinəcəyini nəzərə alsaq, ilanların burada yaşayan insanlar üçün yaradacağı təhlükəni təsəvvür etmək çətin deyil.
Oxşar xəbərlər
Prezidentin xəbərdarlığından sonra icra başçıları hərəkətə keçdi - 24 saatda kim hansı işi görüb? - SİYAHI
Son aylarda Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib. BAKU.WS xəbər verir k...