Bağçalarda "Yer yoxdur" deyib rüşvət alanların dövrü bitdi - ELEKTRON SİSTEM işə düşür
Bakı şəhəri üzrə Məktəbəqədər Təhsil Müəssisələrinə elektron qəbul yaxın günlərdə başlayacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, elektron qəbul ilk olaraq Nizami rayonu üzrə 24 uşaq bağçasından başlayacaq.
Bu rayonun sakinləri məktəbəqədər təhsil yaşında olan övladlarını Nizami rayonunda yerləşən bağçalara elektron qəbul sistemi vasitəsi ilə qeydiyyata almaq imkanına malik olacaqlar.
Sistem özünü doğruldarsa və texniki problem baş verməzsə, elektron qəbul bütün Bakı şəhəri üçün aktiv ediləcək. Bu da ümumilikdə 41 min uşağı əhatə edəcək.
Məlumat üçün bildirək ki, sistem tam olaraq fəaliyyətə başladıqdan sonra valideynlər övladlarını təkcə yaşadığı rayon üzrə deyil, Bakıda istənilən uşaq bağçasına qeydiyyatdan keçirə biləcəklər.
Həmçinin, eyni anda bir neçə bağçaya sorğu göndərmək mümkün olacaq. Boş yerlərə uyğun olaraq uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbulu baş tutacaq.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...