Uşaqları bağçaya yerləşdirmək niyə problemə çevrilib? - Ekspert
16
mar
2018
15:52
Statistik göstəricilərə nəzər saldıqda ölkədəki uşaq bağçaları onlara olan təlabatın 30 %-ni ödəmir.Hazırda ölkədə valideynlər çox vaxt uşaqlarını bağçalara yerləşdirərkən çətinliklərlə üzləşir. Əsas çətinlik bağçalardakı sıxlıqla bağlı olur. Sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, bağçaların sayının az olmasıdır. Bu da valideynləri narazı salır. Ümumiyyətlə, bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur. Özəl bağçalarda isə ödəniş haqqı yüksək olduğundan, demək olar ki, valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.Məsələ ilə bağlı BAKU.WS-ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, uşaq bağçalarında problem təkcə yer azlığı ilə bağlı deyil. Ekspertin sözlərinə görə, hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:"Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40-ı isə özəldir. Bakı şəhərində 387 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 111 090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8% təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq 1-2 yaş qruplarına 15 uşaq, 2-3 yaş qruplarına 15 uşaq, 3-4 yaş qruplarına 20 uşaq, 4-5 yaş qruplarına 20 uşaq, 5-6 yaş qruplarına 20 uşaq düşür”.Ekspert qeyd edib ki, həm Bakıda, həm də rayon və kəndlərdə ixtisaslı kadrlara hələ də ehtiyac qalmaqdadır:“Təəssüf ki, bu sahədə çalışanlar arasında qeyri ixtisaslı və ya ümumiyyətlə təhsil almayanlar çoxdur. Dövlət uşaq bağçalarının böyük əksəriyyəti Bakı şəhərində yerləşir. Belə ki, paytaxtda 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36 977 uşaq təlim-tərbiyə alır. Bu günədək 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunub və təminat məsələsi yüksək səviyyədə həll edilib. Dövlət tərəfindən gün ərzində 4 dəfə yüksək səviyyədə qidalanma menyusu müəyyən edilib verilsə də, təəssüf ki, uşaqlar üçün verilən qidalar daha keyfiyyətsiz və az həcmdə olur”. Bağçalara olan tələbatı tam şəkildə aradan qaldırmaq üçün 1530 bağçaya ehtiyac olduğunu deyən ekspert bu sahədə mövcud olan digər problemləri də diqqətə çatdırıb:“Bununla bərabər uşaq bağçalarına qəbul zamanı yaranan neqativ halların aradan qaldırılması üçün qəbulu onlayn, elektron xidmətlərin təşkili ilə həyata keçirmək lazımdır. Eynin zamanda bu müəssisələrdə çalışanların bilik və bacarıqlarının yoxlanılması da aktual məsələ kimi qalmaqdadır”Qeyd edək ki, uşaq bağçaları 2012-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində olub. Amma bağçalarda keyfiyyətsiz qidalanma, təmir-tikinti işlərinin yubadılması kimi nöqsanlar nəzərə alınaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.Firuzə VahidBAKU.WS
Oxşar xəbərlər
Təhsil eksperti: "Rus dilini bilməyən valideynlər uşaqlarını rus bölməsinə qoymasın
Təhsil eksperti Kamran Əsədov rus dili bilməyən valideynlərə səslənibBAKU.WS-in məlumatına görə, ekspert bildirib ki, özü, valideynləri rus dilində bilməyənlər...