Bakının əsas yollarında sürət həddi endirilib

14
fev
2020
10:38
Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.
Xəbərə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir", - deyə BNA-dan bildirilib.
Oxşar xəbərlər
BNA sözçüsü Mais Ağayev tənqid edənləri bu üsulla “cəzalandırır”
Son zamanlar Bakı Nəqliyyat Agentliyindən narazılıqlar getdikcə artır. Vətəndaşlar kütləvi narazılıqlarını sosial şəbəkələrdə paylaşırlar. Dünən Əməkdar artist...
