"8 Noyabr" prospektində yol çökdü - FOTO

Bakının "8 Noyabr" prospektində yolun bir hissəsi çöküb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə məlumatlıdırlar:
"Ərazidən 25-28 metr dərinlikdə kanalizasiya kollektoru keçir. Hadisə onun giriş quyusunun düz yanında baş verib. Əraziyə müvafiq olaraq "Azərsu" ASC əməkdaşları cəlb olunub. Baxış keçirilib. Hal-hazırda həm bizim mütəxəsislər, həm "Azərsu" mütəxəsisləri tərəfindən ərazi nəzarət altındadır. Problem tam olaraq öz həllini tapanadək ərazi nəzarət altında saxlanılacaq".

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...