Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir
“Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.
BAKU.WS xəbər verir ki, bunu “report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:
“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.
A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:
“Yəqin, müəyyən müddətdən sonra vaksin hazırlana bilər.
Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”.
Oxşar xəbərlər
Səhiyyə nazirindən ƏMR - 20-40 yaş arası hər kəs peyvənd olunacaq - VİDEO
Azərbaycana qızılca əleyhinə vaksinlər gətirilib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son dövrlər dünyada və ölkəmizdə qızılca xəstəliyinə yoluxanları...