Səhiyyə nazirindən ƏMR - 20-40 yaş arası hər kəs peyvənd olunacaq - VİDEO
01
mar
2019
23:12
Azərbaycana qızılca əleyhinə vaksinlər gətirilib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son dövrlər dünyada və ölkəmizdə qızılca xəstəliyinə yoluxanların sayının artması nəzərə alınaraq, immunizasiya məqsədilə böyüklərin də qızılca-məxmərək əleyhinə peyvənd olunmaları tapşırılıb. Bunu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, vaksinlər 20-40 yaş arası şəxslərin immunizasiyası üçün istifadə ediləcək.Mərkəz rəsmisi əlavə edib ki, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd oluna bilərlər..Afaq Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var. Əgər hələ də peyvənd olunmayan uşaqlar varsa, onların da təcili peyvənd olunmaları məsləhət görülür...BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 17 nəfərdə “donuz qripi” aşkarlanıb
BAKU.WS Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancının Trend-ə müsahibəsini təqdim edir:- Bu il fevralın 1-də ÜST Azərb...