“China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub:

“Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb”.

Qeyd edək ki, “China Southern Airlines” Bakıdan Quançjouya aviareysləri hər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetirirdi.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

BAKU.WS