5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 

Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən "Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsinə yubanmış və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar "Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilib.

Nəticədə "Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım  Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olub.

Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması iləqısa vaxt ərzində sıxlıq aradan qaldırılıb.

Hazırda "Samur”gömrük-keçid məntəqəsinormal rejimdə fəaliyyətini davam etdirir,vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur

 

Qeyd edək ki, bununla bağlı "İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb" adlı matrealda ətraflı məlumat vermişdik.

Ziya Babayev

BAKU.WS