VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xanlar rayonunda kanal suyunun rənginin dəyişməsinin səbəbi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, kənd sakinlərindən biri "KamAZ” markalı maşını yuyub. Çirkli su birbaşa kanala axıdılıb. Bunun nəticəsində də, səhər saatlarında kanalın suyunun rəngi dəyişib. Təxminən 10-12 dəqiqə suyun rəngi sarımtıl olub. Sonradan suyun rəngi düzəlib.

Nazirlikdən bildirilir ki, əhali belə hal ilə rastlaşan zaman quruma müraciət etsin.

 

***16:36***  

 

Xanlar rayonunda kanalın suyunun rəngi dəyişib.

 

Bu barədə rayonun Üç təpə kəndinin sakinləri BAKU.WS-ə məlumat veriblər. Kənd sakinlərinin sözlərinə görə, kanalın suyunun rəngi sarımtıl-yaşıla çalır. Bu səbəbdən də sakinlər qorxuya düşüblər. Onlar suyun insanları zəhərləməsindən ehtiyat edirlər.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, həmin kanal başlanğıcını yuxarı ərazilərdəki gölməçələrdən və Gəncə çaydan götürür. Həmin ərazilərdə əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə, maldarlıqla məşğul olur. Ola bilsin ki, suya həddindən artıq zibil, peyin və s. atıldığından suyun tərkibi dəyişib.

"Hazırda əraziyə mütəxəssislər göndərilib. Araşdırmalara başlanılıb. Araşdırmalardan sonra kanalın suyunun rəngini dəyişmə səbəbi məlul olacaq”, - deyə nazirlikdən bildiriblər.

Ziya Babayev
BAKU.WS