Azərbaycanda daha bir məmurun intihar xəbəri yayıldı
Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb.
BAKU.WS-in məlumatına görə, onun dünyasını dəyişdiyi yazılıb. Bildirilir ki, o, özünü öldürüb. Məsələ ilə əlaqədar Masallı rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də Elşən Sadıqov vəfat edib. "E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib. Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib", - deyə qurumdan bildirilib. Lakin onun intihar etməsi ilə əlaqədar məlumatın həqiqətə uyğun olmadığı vurğulanıb. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın özünü 19-cu mərtəbədən atdı (VİDEO)
Bakının Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq int...