SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sərəncama əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 7,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi maliyyələşməni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə yardımın ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.

BAKU.WS