Prezidentin 100 manatlıq Yeni il hədiyyəsini kimlər alacaq?
24
dek
2018
12:05
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli sərəncam imzalayıb. Sosial şəbəkələrdə bu sərəncamın kimlərə tətbiq olunacağı çaşqınlıq yaradıb. Vətəndaşların yaranan sualını cavablandırmaq üçün sərəncamla bağlı məlumatı diqqətinizə çatdırırıq: Sərəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır.Sənədə əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur.Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsində maddi təminatlarına dəstək olacaq.Birdəfəlik yardım ünvanlı dövlət sosial yardım alan ailələrin hesablarına köçürüləcək. BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən aztəminatlı ailələrlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncama əsasən, 2018-ci il 28...