Ünvanlı sosial yardım üçün müraciətlər sadələşdirilir -

Ünvanlı sosial yardım üçün müraciətlər sadələşdirilir -
Sosial 3011
Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik təkmilləşdirilir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrup yaradılıb. İslahatların aparılmasında məqsəd bu sahədə ünvanlılığın, şəffaflığın və sosial ədalət prinsipinin tətbiq edilməsidir.BAKU.WS tvreal.az-a istinadən bildirir ki, nazirlik rəsmisinin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, ünvanli sosial yardım alan ailələrin 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də işlər aparılır.Qanuna dəyişikliklər dedikdə, söhbət ünvanlı sosial yardım almaq üçün müraciətlərin sadələşdirilməsindən gedir. Belə ki, bu ilin sonunda tətbiq ediləcək sosial reyestr layihəsi çərçivəsində ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlardan zəruri sənədlər artıq elektron informasiya ehtiyatlarından əldə olunacaq. Bu isə mexanizmin sadələşdirilməsinə gətirib çıxaracaq. Ərizə-bəyannamənin doldurulmasında tələb olunan bəzi məlumatların nazirlik tərəfindən informasiya ehtiyatlarindan əldə edilməsi ilə vətəndaşların əlavə sənədlər toplamasına ehtiyac qalmayacaq.BAKU.WS

Son xəbərlər