SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda təhsil sektorunda qəribə hadisə baş verib. 
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, müəllimlərə ödəniləcək əmək haqqı normadan təxminən 2-3 dəfə artıq olub. Yəni, orta hesabla 300-400 manat maaş alan müəllimə bir ay üçün 1000 manata yaxın ödəniş edilib. 
 
Bu ödənişin texniki səhvlə bağlı olduğu məlum olub. Məktəb direktorları müəllimləri toplayaraq məsələ ilə bağlı iclas keçirib. Müəllimlərə mövcud vəziyyət başa salınıb və kartdan pul çıxarmamaq tapşırılıb. Problemin qısa zamanda həll olunacağı bildirilib.  
 
Texniki səhv zamanı nə qədər müəllimə artıq əmək haqqı yazıldığı isə hələlik bilinmir. 
 
BAKU.WS